Sentyabrın 27-dən oktyabrın 3-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərinin artilleriya atəşinə tutulması nəticəsində mülki vətəndaşlara məxsus neçə evə və inzibati binaya ziyan dəydiyi məlum olub.
Modern.az xəbər verir ki, oktyabrın 3-də düşmənin atdığı top mərmiləri nəticəsində 11 ev tamamilə dağılıb, 37 evə isə ziyan dəyib.
Çoxmərtəbəli yaşayış binasında 15 mənzilə, 8 ticarət obyektinə zərər dəyib.
Ümumilikdə Tərtərdə 16 sosial obyektə və 220 evə ziyan dəyib. (Report)
Oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün və bu gün də Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Hazırda döyüşlər davam edir.