Modern.az

Türkiyəli alpinistlər Azərbaycana belə dəstək oldular 

Türkiyəli alpinistlər Azərbaycana belə dəstək oldular 

Aktual

4 Oktyabr 2020, 15:00

İki türkiyəli alpinist Ərzurum şəhərindəki məşhur Tortum şəlaləsinin yamacından Azərbaycan və Türkiyə bayrağını asıblar.

 

Modern.az xəbər verir ki, Türkiyə Alpinizm Federasiyası (TDF) şəhərdən 87 km məsafədə yerləşən şəlalədəki aksiyanın Azərbaycan xalqının ölkələrinin bütövlüyü uğrunda mübarizəsinə həsr olunduğunu bildirib.

 

“Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan torpaqlarının tezliklə işğaldan azad olunmağını diləyirik. Türkiyə vətəndaşları qardaş xalqın yanında olublar və olacaqlar”,- deyə Federasiya nümayəndəsi Erdar Emeç bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı