Modern.az

Gürcüstan portalı Gəncənin atəşə tutulması ilə bağlı məlumat yaydı  

Gürcüstan portalı Gəncənin atəşə tutulması ilə bağlı məlumat yaydı  

Aktual

4 Oktyabr 2020, 16:06

Gürcüstanın “report.ge” portalı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ermənilərin Tərtər şəhəri, Füzuli rayonunun Horadiz şəhərinin və Gəncə şəhərini və dinc əhalini atəşə tutması ilə bağlı açıqlamasını yayıb.

 

Modern.az xəbər verir ki, gürcü, rus və ingilis dillərində yayımlanan materiallarda Ermənistan silahlı birləşmələrinin Azərbaycanın qədim mədəniyyət mərkəzi Gəncə şəhərini atəşə tutması oxucuların diqqətinə çatdırılır. Bu atəş nəticəsində dinc əhali arasında ölən və yaralananların olduğu qeyd olunur.

 

Bildirilir ki, Ermənistan silahlı birləşmələrinin dinc əhalini və cəbhə xəttindən uzaq olan şəhərləri raket atəşinə tutması düşünülmüş şəkildə həyata keçirilir və əvvəlcədən hazırlanmış plandır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV