Modern.az

Ərəb mediası da ermənilərin Gəncəni artilleriya atəşinə tutmasından yazdı

Ərəb mediası da ermənilərin Gəncəni artilleriya atəşinə tutmasından yazdı

Aktual

4 Oktyabr 2020, 16:16

Ərəb ölkələrinin nüfuzlu KİV-ləri – Qətərin “Aljazeera” televiziya kanalı və Misirin “Al Ahram” qəzeti Azərbaycanın ikinci böyük şəhəri Gəncədə mülki obyektlərin, o cümlədən yaşayış binalarının ermənilər tərəfindən artilleriya atəşinə tutulması, dinc əhali arasında ölən və yaralalanların olması barədə xəbərlər yayıblar.

 

Modern.az-ın Gəncədən yaydığı xəbər və fotoşəkillərə istinadla bildirilib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhərində, həmçinin Dağlıq Qarabağla yanaşı ərazidə yerləşən Beyləqanda mülki obyektləri və dinc əhalini hədəfə alıblar.

 

Xəbərlərdə vurğulanıb ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Adminstrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın bu addımını müharibə cinayəti adlandırıb və Azərbaycan Ordusu qarşısında aciz qalan düşmənin xaincəsinə mülki əhalini atəşə tutduğunu bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV