Modern.az

Gəncədə yaralananlardan 6-sı uşaqdır - RƏSMİ

Gəncədə yaralananlardan 6-sı uşaqdır - RƏSMİ

Aktual

4 Oktyabr 2020, 17:58

Bu gün Gəncə şəhərinin Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində yaralananlardan 6-sı uşaqdır.

 

Modern.az-ın məlumatına görə, Baş Prokurorluğun yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin Gəncənin atəşə tutması nəticəsində 16 yaşlı Abdullayeva Məleykə Tapdıq qızı, 10 yaşlı Əliyev Turqay Azər oğlu, 9 yaşlı İbrahimov Fərid Faiq oğlu, 7 yaşlı İbrahimova Banu Faiq qızı, 4 yaşlı Hacıyev Malik Aman oğlu və 1 yaşlı Eyubova Zəhra Xəyyam qızı yaralanıb.

 

Qeyd edək ki, Gəncə şəhərinin bu gün səhər Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində 1 mülki şəxs həlak olub, 32 nəfər yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV