Modern.az

 “Başınıza ələnən od-alov şəhidlərimizin ahıdır” - Deputat yazır

 “Başınıza ələnən od-alov şəhidlərimizin ahıdır” - Deputat yazır

Aktual

4 Oktyabr 2020, 20:49

Düşmən ölkənin baş naziri Nikol Paşinyan qardaş Türkiyəyə böhtanlarını davam etdirir. Paşinyan ağır məğlubiyyətlərdən sonra yenə də sərsəm danışıb.

 

Onun “Bild” nəşrinə verdiyi müsahibədən: 

 

“Türkiyə Suriyadan Artsax və Ermənistanla döyüşmək üçün terrorçular gətirir. Türkiyə ordusu birbaşa münaqişəyə cəlb olunub. Bu, Türkiyənin imperialist siyasətidir. Əgər Dünya ictimaiyyəti Dağlıq Qarabağ ətrafındakı vəziyyəti dəqiq qiymətləndirməsə, Avropa Türkiyəni Vyananın yaxınlığında gözləyəcək. Hesab edirəm ki, soyqırımı təkrarlamaq üçün Türkiyə 100 ildən sonra Cənubi Qafqaza təzədən qayıdıb. İndi Dağlıq Qarabağ və Ermənistan sivilizasiyanın cəbhəsinə çevrilib.”


Torpaqlarımızda törədilən vəhşiliklərin ideya müəlliflərindən biri olan bu üzdəniraq tip Avropanı şantaj edir. Avropanı qorxudur. Qondarma soyqırımı köməyə çağırır. Qardaş Türkiyəyə böhtan atır. İsterik vəziyyətdədir. Xeyiri yoxdur... Düşmən kimi bizi nə qədər öyrənməyə çalışmışdılarsa, görünür ki, öyrənə bilməyiblər. Bizim milli birliyimiz, identikliyimiz  bu tipi çaşdırıb. Qarabağ bizim ürəyimizdir. Görsənir ki, yaxın günlərdə Ermənistanın şizofrenniklərinin say tərkibinə Paşinyan soyadlı biri də əlavə olunacaq. Sivilizasiyadan danışır. Sivil xalq hamilə qadınları güllələyərmi, uşaqların dərisini soyarmı, insanın damarına neft vurarmı? Məsciddə donuz saxlayarmı? Qəbirstanlıqları, tarixi abidələri dağıdarmı? Bəşəriyyət belə vəhşilik görməyib. Erməni yazıçıları və alimləri bu vəhşiliyi qəbul etdilər. Hanı Balayan? Nə yaxşı Xankəndinə gəlməyib? Türkiyə Regionda ədalətli Sülhün bərpası üçün çalışır. Əks–hücum döyüşlərini özümüz aparırıq. Xocalı soyqırımından sonra yeni soyqırıma can atan koçaryanlar, arutunyanlar, paşinyanlar  düşündükləri vəhşilikləri bəşəriyyətə böyük sivilizasiya bəxş edən türklərin adına yazmaq istəyirlər. Buna artıq inanan yoxdur. Yetər... Başınıza ələnən od-alov şəhidlərimizin ahıdır. Onların ahı yerdə qala bilməzdi... Növbəti təxribatlarınızdan və vəhşiliklərinizdən, soyqırımından  qorunmaq üçün ələnən od-alovdur. Qarşılayın... Hələ azdır... Çoxu qabaqdadır...
Və möhtəşəm şüarımız budur: “Qarabağ Azərbaycandır!”- Prezident İlham Əliyev.

 

Etibar Əliyev,

Milli Məclisin deputatı

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV