Türkiyədə son sutka ərzində daha 57 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 8 441 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 104 402 nəfərdən 1 429-nun cavabı pozitiv çıxıb. Türkiyədə ümumilikdə 324 443 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub. Müalicə olunan 1 182 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 285 050 nəfər təşkil edir. Ağır xəstə sayı 1475 nəfər olub".