Modern.az

Təbliğat-təşviqat işi cəbhəboyu zonada rəğbətlə qarşılanır - VİDEO

Təbliğat-təşviqat işi cəbhəboyu zonada rəğbətlə qarşılanır - VİDEO

Aktual

4 Oktyabr 2020, 21:28

Döyüş əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində təbliğat-təşviqat işinin rolu danılmazdır.

Modern.az xəbər verir ki, bu tədbirlərin keçirilməsində məqsəd Ordu-Xalq birliyinin daha da möhkəmləndirilməsi, Ordumuzun qüdrətinin və  döyüşlərdəki uğurlarının işıqlandırılması, eləcə də xalqımızın orduya dəstəyi və etimadını hərbi kollektivlərə çatdırmaqla şəxsi heyətin döyüş ruhunun və qələbə əzminin daha da  yüksəldilməsidir.

Əyani təbliğat-təşviqat tədbirləri çərçivəsində Ali Baş Komandanın müraciətləri, təbrikləri və ürək sözləri, həmçinin hərbi komandanlığın müraciətləri şəxsi heyətə və mülki sakinlərə çatdırılır, əldə edilən qələbələr barədə məlumatlar operativ şəkildə yayımlanır.  

Səyyar səsyayıcı stansiyaların tətbiqi ilə keçirilən tədbirlərin hərbi-vətənpərvərlik mahnı və marşları ilə müşayiət edilməsi  şəxsi heyət, eləcə də cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV