Modern.az

“Ermənistan Mingəçevirə raket atıb” - Hikmət Hacıyev

“Ermənistan Mingəçevirə raket atıb” - Hikmət Hacıyev

Aktual

4 Oktyabr 2020, 22:27

Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru davam edir.

Modern.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.


“Bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil edib. Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası mövcuddur. Çarəsizliyin barbar ifadəsi”.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV