Modern.az

Mingəçevirə atılan raketlərdən biri İES-in yanına düşüb - FOTO

Mingəçevirə atılan raketlərdən biri İES-in yanına düşüb - FOTO

Aktual

5 Oktyabr 2020, 06:45

Xəbər verdiyimiz kimi Ermənistan silahlı qüvvələri Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutub. 

 

Modern.az-ın Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən məlumatına görə, atılmış 3 raketdən 2-si partlamayıb.

 

Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni zamanda evə külli miqdarda ziyan dəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV