Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.
Belə ki, 79 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu yağışlı həva şəraitində yol sürüşkən olduğundan idarəetmədən çıxıb. Nəticədə avtobus yoldan çıxaraq dərəyə aşıb. Daha sonra istinad divarına çırpılıb. Avtobusda olan sərnişinlər təxliyə edilib.
Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Binəqədi rayonunda baş verən yol qəzası zamanı mikroavtobus qəzaya uğrayıb.
Hadisə Biləcəri enişi kimi tanınan ərazidə qeydə alınıb.
60 yaşlı Əliş Məmmədov piyadalar üçün müəyyən edilməyən hissədən keçərkən onu “Hyundai” markalı mikroavtobus vurub. Daha sonra mikroavtobus idarəetmədən çıxaraq səkiyə çırpılıb. Zərbənin gücündən “Hyundai” yerüstü körpünün beton divarına dəyib. Mikroavtobus deformasiyaya uğrayıb.
Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları gəlib. Yaralı piyada Təcili Tibbi Təxirəsalınmaz Yardım Xidmətinin əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib. “Hyundai” markalı mikroavtobusun sürücüsü Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.