Modern.az

Xankəndində təxminən 100 PKK üzvü döyüşür - Amerikalı ekspert

Xankəndində təxminən 100 PKK üzvü döyüşür - Amerikalı ekspert

Aktual

5 Oktyabr 2020, 09:47

Xankəndində Ermənistan tərəfindən 100-ə qədər xarici silahlı döyüşür.

 

Modern.az-ın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində "The Heritage Foundation" nəzdində Ellison Xarici Siyasət Araşdırma Mərkəzinin direktoru Lük Koffi yazıb.

 

L.Koffi bildirib: "Son vaxtlar xarici silahlıların Dağlıq Qarabağdakı döyüşlərdə iştirakı ilə bağlı bir çox ittihamlar var. Çox yüksək vəzifəli və məlumatlı bir mənbədən 100-ə qədər xarici silahlının (mənə deyildiyi kimi, bəlkə də PKK) Xankəndidə olduğunu eşitdim. Xarici silahlıların varlığı - pis xəbərdir!"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV