Modern.az

Müdafiə Nazirliyi: “Ordumuzda qan ehtiyatları problemi yoxdur”

Müdafiə Nazirliyi: “Ordumuzda qan ehtiyatları problemi yoxdur”

Aktual

5 Oktyabr 2020, 10:30

"Qan vermək məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına vətəndaşlar tərəfindən xeyli sayda müraciətlər daxil olur.


Bununla əlaqədar bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur".

Modern.az-ın məlumatına görə, bunu Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib.


Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...