Modern.az

Türkiyə parlamentinin sədri: Gəncəyə hücum işğalçı simasının son nümunəsidir

Türkiyə parlamentinin sədri: Gəncəyə hücum işğalçı simasının son nümunəsidir

Aktual

5 Oktyabr 2020, 11:54

Azərbaycanın qədim Gəncə şəhərinə hücum etmək Ermənistanın hüquq tanımayan və işğalçı simasının son nümunəsidir.

Modern.az xəbər verir ki, bu fikirlər Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa məxsusdur. Parlamentin rəhbəri məlum cinayət hadisəsi ilə bağlı sosial media hesabından paylaşımında bu sözləri yazıb:

“Mülki əhaliyə qarşı törədilən bu hücumu şiddətlə qınayır. Vətən naminə qəhrəmancasına mübarizə aparan Azərbaycan Ordusuna müvəffəqiyyətlər diləyirəm. Qarabağ Azərbaycandır!”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV