Modern.az

Ekologiya Nazirliyi Orduya yardım etdi

Ekologiya Nazirliyi Orduya yardım etdi

Aktual

5 Oktyabr 2020, 12:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

 

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb.

 

Nazirliyin kollektivinin könüllü olaraq göstərdiyi yardım davam etdirilir.

 

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV