Modern.az

Energetika Nazirliyi Azərbaycan Ordusuna dəstək oldu

Energetika Nazirliyi Azərbaycan Ordusuna dəstək oldu

Aktual

5 Oktyabr 2020, 12:42

Energetika Nazirliyi və nazirliyin tabelyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi işğal altında olan torpaqlarımızın azadlığı, dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.  

Modern.az xəbər verir ki, Energetika Nazirliyi və nazirliyin tabelyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları əmək haqlarından Silahlı Qüvvələrə Yardım Fonduna 312  206,13 manat pul  vəsaiti köçürüb.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV