Modern.az

“Arutyunyan Gəncəyə atəş əmri verdiyini feysbukda elan edib” - RƏSMİ

“Arutyunyan Gəncəyə atəş əmri verdiyini feysbukda elan edib” - RƏSMİ

Aktual

5 Oktyabr 2020, 12:50

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş terror aktları nəticəsində həlak olan 24 nəfərdən 5-i qadın, 3-ü uşaqdır, xəsarət alanlardan 30-u qadın, 7-si uşaqdır”.

 

Modern.az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.

 

O deyib ki, özünü Qondarma Dağlıq Qarabağ Respublikasının “prezidenti” kimi təqdim edən Araik Arutyunyan feysbuk hesabında canlı yayımı zamanı Gəncəyə raket atəşi əmrini verdiyini elan edib:

 

“Bununla bağlı Araik Aratyunyan haqqında Azərbaycan Baş Prokurorluğunda müxtəlif maddələrlə cinayət işi başlanılıb. Mingəçevir şəhəri raket atəşinə tutulub, atılan 3 raketdən ikisi partlamayıb, birinin yaşayış evinə düşməsi nəticəsində 5 nəfər xəsarət alıb. Bu faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV