Modern.az

Paşinyan zəng edir, Putin cavab vermir... - VİDEO

Paşinyan zəng edir, Putin cavab vermir... - VİDEO

Aktual

5 Oktyabr 2020, 12:53

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə zəng vurmasını əks etdirən kadrlar yayılıb.

Bu kadrlar “Rossiya-1” telekanalında efirə verilib. Modern.az-ın məlumatına görə, kadrlardan görünür ki, Prezident Vladimir Putin Rusiyanın hökumət üzvləri ilə keçirdiyi iclas zamanı Ermənistan baş naziri Nikol Paşinyandan Kremlə aramsız zənglər gəlir

“Moskva, Kreml, Putin” verilişində Prezident Vladimir Putinin iclasda iştirakı zamanı Paşinyanın ona dəfələrlə zəng vurduğu bildirilir. Kadr arxasında aparıcı Vladimir Salavyov bildirir ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı digər ölkələrin rəhbərləri Vladimir Putinə daim zəng vururlar. Kadrlardan görünür ki, Vladimir Putin zənglərə cavab vermir.

Müxbir Prezidentin mətbuat xidmətinə istinadla deyir ki, zəng vuran Paşinyandır. Daha sonra iki dəfə Fransa Prezidenti Makron zəng vurub. Bundan sonra Rusiya Prezidentinin köməkçisi ona məktub da çatdırır. Vladimir Putin iclasın sonunadək Paşinyanın zənglərinə cavab vermir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV