Modern.az

Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı 19 cinayət işi açılıb - Günay Səlimzadə

Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı 19 cinayət işi açılıb - Günay Səlimzadə

Aktual

5 Oktyabr 2020, 12:57

Ermənistanın Azərbaycanın mülki əhalisini və mülki obyektləri, infrastrukturu atəşə tutması nətəcəsində sentyabrın 27-dən indiyə qədər 24 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyektlər, infrastrukturlar dağıdılıb.

 

Modern.az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı müvafiq rayon prokurorluğunda 19 cinayət işi açılıb.

 

O bildirib ki, cinayət işləri ilə bağlı araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV