Modern.az

“Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır” - Hikmət Hacıyev

“Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır” - Hikmət Hacıyev

Aktual

5 Oktyabr 2020, 13:36

“Ermənistanın Azərbaycanın böyük şəhərlərinə intensiv raket hücumları mülki insanları öldürmək məqsədi ilə bu ölkənin həyata keçirdiyi dövlət terrorudur”.

 

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

 

“Ermənistanın Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər böyük şəhərlərinə intensiv raket hücumları mülki insanları öldürmək məqsədi ilə Ermənistanın həyata keçirdiyi dövlət terrorudur. Buna görə Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...