Diler İnşaat Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna maliyyə vəsaiti ayırıb.
Modern.az-ın əldə etdiyi məlumata görə 25 min manat vəsait köçürülüb.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.