Ali Baş Komandan İlham Əliyevin dünənki çıxışından sonra Azərbaycan xalqı yenidən doğuldu
Azərbaycanın illərdən bəri davam etdirdiyi sülh danışıqları heç bir nəticə vermədi, əksinə, terrorçu Ermənistan dövlətinin faşist hərbi-siyasi rəhbərliyi, onlara havadarlıq edən bəzi dövlətlər elə güman etdilər ki, işğal müddətini uzatmaqla Azərbaycanın suveren ərazilərini həmişəlik işğal altında saxlayacaqlar. Lakin onların bu arzuları baş tutmadı. Sentyabrın 27-dən başlayaraq onlar Azərbaycan Prezidentinin siyasi, Azərbaycan ordusunun hərbi və Azərbaycan xalqının milli iradəsi ilə üz-üzə qaldılar. Azərbaycan bütün strukturları ilə yumruq kimi birləşərək Qarabağdakı işğalçıların üzərinə endi, cənab Prezidentimiz demişkən, bu gün düşməni torpaqlarımızdan “iti qovan kimi qovuruq”.
Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin dünən Azərbaycan xalqına müraciət çıxışından sonra xalqımız yenidən doğuldu, yeni güc yığdı. Azərbaycan xalqı bir daha əmin oldu ki, onun Azərbaycan xalqı, Azərbaycan dövləti və hər qarış Vətən torpağı naminə, lazım gəlsə, bütün dünyanı qarşısına ala biləcək siyasi iradəyə malik bir Lideri var. Xalqımız və dövlətimiz məhz belə bir Lideri haqq edir! Bu gün düşməni siçan dəliyinə soxmağa qadir qüdrətli Ordumuz var. Azərbaycan xalqı və Azərbaycan Prezidenti belə bir Ordunu haqq edir. Bu gün Qarabağ – Azərbaycandır! Bu gün Azərbaycan – İlham Əliyevdir!
Əziz Ələkbərli
Milli Məclisin deputatı