Modern.az

Milli Qəhrəmanın xanımından Orduya dəstək

Milli Qəhrəmanın xanımından Orduya dəstək

Aktual

5 Oktyabr 2020, 15:36

Xankəndinin sabiq deputatı, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova Azərbaycan Ordusuna maddi və mənəvi dəstək olub. Bu barədə Modern.az məlumat əldə edib.

Əməkdaşımız F.Qasımova ilə əlaqə saxlayaraq, onun torpaqlarımızın işğaldan azad olunması ilə bağlı təəssüratlarını da öyrənib.

Sabiq deputat qeyd edib ki, torpaqlarımızın azad olunması xəbərini böyük sevinclə, həyacanla izləyir:

“Bu sevinci bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, Şanlı Azərbaycan Ordusunun əsgər və zabit heyətinə minnətdarlığımı bildirirəm.

Cənab prezidentin cəsarətli və alovlu çıxışı əsgərlərimizə daha da ruh yüksəkliyi verir. Qələbə tariximizi qürurla yazmaq üçün hər birimiz əlimizdən gələni etməyə hazırıq. Bu gün Ordumuza dəstək üçün 1 aylıq təqaüdümü Silahlı Qüvvələrə Yardım Fonduna keçirdim.

Bu gün əziyyətlə böyütdüyü oğullarını xeyir-dua ilə cəbhəyə yola salan anaların əllərindən öpürəm . Bu 30 ildə canını mərd-mərdanə vətən uğrunda fəda etmiş hər bir şəhid qarşısında baş əyirəm. Torpaqlarımızın son qarışınadək işğaldan azad olunacağı günü səbirsiliklə gözləyirik. Allah əsgərlərimizi qorusun!”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV