Modern.az

DTX Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi

DTX Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi

Aktual

5 Oktyabr 2020, 16:04

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti ianə ediblər. Hazırda pul vəsaitlərinin köçürülməsi davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytında məlumat verilib.

 

"Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir. Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!", - məlumatda bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV