Modern.az

Ermənistanın uzaqmənzilli raketlərdən istifadəsi münaqişənin daha da gərginləşdirir - Prezidentin köməkçisi

Ermənistanın uzaqmənzilli raketlərdən istifadəsi münaqişənin daha da gərginləşdirir - Prezidentin köməkçisi

Aktual

5 Oktyabr 2020, 16:48

"Ermənistan tərəfindən uzaqmənzilli raketlərdən istifadə münaqişənin daha da gərginləşməsinə xidmət edən amillərdən biridir”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

 O bildirib ki, bu raketlərin trayektoriyasına baxılmalıdır: “Həmin raketlərin məsafəsi və trayektoriyası onların Xızıya qədər gəlib çıxdığını göstərir. Bu,  açıq-aşkar Ermənistanın acizliyinin, çarəsizliyinin göstəricisidir. Bu kimi təxribatlara Ermənistan tərəfindən öz uğursuzluğunu ört-basdir etmək üçün əl atılır".

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...