Modern.az

Prezidentin köməkçisi: Düşmən döyüş meydanında ümidsiz və çarəsizdir

Prezidentin köməkçisi: Düşmən döyüş meydanında ümidsiz və çarəsizdir

Aktual

5 Oktyabr 2020, 17:35

Bu gün hamımız səfərbərik. Hamımızın bir amalı var ki, işğal altında olan torpaqlarımız işğaldan azad edilsin.

 

Modern.az xəbər verir ki, bu sözləri oktyabrın 5-də keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

Prezidentin köməkçisi bildirib ki, bu gün ermənilər döyüş meydanında ümidsiz və çarəsiz vəziyyətdədirlər. Son hadisələri hərbi və siyasi təxribat kimi qiymətləndiririk. Onlar üçüncü tərəfləri münaqişəyə cəlb etməyə çalışırlar. Azərbaycan tərəfi bunu çox gözəl bilir, bununla bağlı beynəlxalq təşkilatlara, ölkələrə də məlumat verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV