Modern.az

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrə təşəkkür etdi

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrə təşəkkür etdi

Aktual

5 Oktyabr 2020, 18:51

“Mən fürsətdən istifadə edərək, bizim digər dost-qardaş ölkələrə də təşəkkürümü bildirmək istəyirəm. Türkiyədən sonra bizə ikinci dəstək verən ölkə Pakistan oldu, ondan sonra Əfqanıstan oldu, ondan sonra daha bir neçə ölkə bizə öz dəstəyini göstərdi”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin TRT telekanalına müsahibəsi zamanı Azərbaycanın Prezidenti İlham Əliyev bildirib.

 

“Onların hər birinə, o ölkələrin prezidentlərinə təşəkkürümü bildirirəm. Bu çətin dönəmdə, təbii ki, onların həmrəyliyi, dəstəyi bizim üçün çox önəmlidir və bizə mənəvi güc verir”, - ölkəbaşçısı əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV