Modern.az

Sumqayıtda zəncirvari yol qəzası

Sumqayıtda zəncirvari yol qəzası

Aktual

5 Oktyabr 2020, 22:25

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, 50-DE-533 dövlət nömrə nişanlı BMW markalı avtomobil idarəetmədən çıxaraq qarşıdan gələn 50-CA-510 dövlət nömrə nişanlı BMW markalı avtomobilə çırpılıb. Sonuncu isə zərbənin təsirindən yolun kənarında dayanan 50-DH-627 dövlət nömrə nişanlı KIA markalı avtomobilə dəyib. Qəza nəticəsində xəsarət alan olmasa da hər 3 avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP və PPX əməkdaşları və təxliyə maşını cəlb edilib. (Report)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV