Modern.az

Ər-arvadın qətlində təqsirləndirilən şəxs məhkəməyə çıxarılacaq

Ər-arvadın qətlində təqsirləndirilən şəxs məhkəməyə çıxarılacaq

Hadisə

Bu gün, 17:07

Tərtərdə ər-arvadı öldürməkdə təqsirləndirilən Vüqar Baxşəliyevin cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Avqustun 6-da Tərtər şəhərinin Nəriman Nərimanov küçəsində fərdi yaşayış evində yanğın baş verib. Evdə 1954-cü il təvəllüdlü Adilə Hüseynovanın və onun həyat yoldaşı, 1941-ci il təvəllüdlü Əsgər Səmədovun üzərində zorakılıq əlamətləri olan yanmış meyitləri aşkarlanıb.

İstintaqın versiyasına görə, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev pul ələ keçirmək məqsədilə evə daxil olub, ər-arvada kəsici alətlə xəsarət yetirib və evdən külli miqdarda pul götürüb. Onun cinayətin izlərini gizlətmək üçün özü ilə gətirdiyi yanacaqla evi və zərərçəkmişləri yandıraraq onları qəsdən öldürdüyünə dair əsaslı şübhələr müəyyən edilib.

Baxşəliyevə Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, quldurluq və əmlakı yandırmaqla qəsdən məhv etmə maddələri ilə yenidən ittiham elan olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı