Hacıqabul rayon icra hakimiyyətinin işçiləri könüllü olaraq Silahlı Qüvvələrə Yardım fonduna ianə köçürüb.
Bu haqda rayon icra hakimiyyətindən Modern.az-a məlumat verilib.
Məlumatda qeyd edilib ki, bu gün Azərbaycan xalqının, o cümlədən bütün hacıqabulluların həmişəki kimi qətiyyətli mövqeyinə görə Ali Baş Komandan Cənab İlham Əliyevlə və ordumuzla fəxr etdikləri, qürur duyduqları ifadə olunub.
Bütün işğal olunan torpaqlarımızın azad edildiyi və tarixi ədalətin bərpa olunduğu xəbərinin möhtərəm Prezident, Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən tezliklə elan olunacağı günü səbirsizliklə gözlədikləri bildirilib.