“ATƏT-in Minsk qrupuna mandat verilmişdi ki, BMT-nin 4 qətnaməsini yerinə yetirsin. Təəssüf ki, buna nail ola bilmədilər. Minsk qrupunun görməli olduğu işi Azərbaycanın şanlı ordusu edir”.
Modern.az xəbər verir ki, bu fikirləri parlamentin bugünkü plenar iclasında çıxış edən deputat Əli Məsimli bildirib.
Deputat qeyd edib ki, Ermənistan mülki əhalini hədəf almaqla məğlub olduğunu göstərir:
“Azərbaycan həm diplomatiyada, həm informasiya savaşında, həm də cəbhədə üstünlük qazanıb. Bu səbəbdən də düşəm obyektlərimizi, dinc sakinlərimizi atəşə tutdu. Dünya səviyyəsində bu məsələyə qiymət verilməlidir. Çünki bu birbaşa cinayət işidir”.
Əli Məsimli dünən Amerika, Rusiya və Fransa XİN başçılarının verdiyi bəyanatın təəssüf doğurduğunu və bununla da onların saymazlıq etdiklərini qeyd edib:
“İşğala nəruz qalanla, işğalçı arasında heç bir fərq qoymalıdar”.