Modern.az

Prezidentin köməkçisi Gəncədə yaralanan 10 aylıq Zəhranın fotosunu paylaşdı

Prezidentin köməkçisi Gəncədə yaralanan 10 aylıq Zəhranın fotosunu paylaşdı

Aktual

6 Oktyabr 2020, 11:39

Prezidentin köməkçisi Hikmət Hacıyev oktyabrın 4-də Gəncənin işğalçı Ermənistan ərazisindən atəşə tutulması nəticəsində yaralanan 2019-cu il təvəlüdlü Eyubova Zəhra Xəyyam qızının fotosunu paylaşıb.

 

Modern.az xəbər verir ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri tvitter hesabında “Gəncə güclüdür” həştəqindən istifadə edərək qeyd edib:

 

“Nəsillər dəyişir, ancaq Ermənistanın Azərbaycan xalqına qarşı vəhşilikləri bitmir. Ermənistanın Gəncə şəhərinin yaşayış məntəqələrinə raket hücumu nəticəsində bu 10 aylıq qız yaralanıb”.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı