Modern.az

“Dünya başlayıb, atəşkəs, atəşkəs... Qarabağda atəşkəs olsa nə olacaq?” - Mövlud Çavuşoğlu

“Dünya başlayıb, atəşkəs, atəşkəs... Qarabağda atəşkəs olsa nə olacaq?” - Mövlud Çavuşoğlu

Aktual

6 Oktyabr 2020, 14:26

"Azərbaycanın öz torpaqlarını azad etdiyi bir dönəmdə bir daha təkrar edirəm ki, Bakıya - Azərbaycana dəstək üçün gəldim, hər zaman Azərbaycanın yanında olacağıq".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

Nazir bildirib: "Bir daha bütün dünyaya demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycanındır. İşğal olunmuş ərazilər azad edilməyib və bugünə qədər qəbul edilmiş qətnamələr yerinə yetirilməyib. Bir milyondan artıq azərbaycanlı qardaşımız öz evlərinə dönmək üçün gözləyir. Ermənistan bir sıra yaşayış məntəqələrinə hücum edib. Küncə sıxılan Ermənistan yaşayış yerlərinə atəş açır, hətta Abşerona belə atəş açıb. Bu, hərbi cinayətdir, Ermənistanın çarəsizliyinin göstəricidir. Azərbaycan isə heç bir zaman mülki vətəndaşları hədəf almayıb. Bu da Ermənistanla Azərbaycanın əsas fərqidir".

XİN rəhbəri deyib ki, dünya Azərbaycanın, beynəlxalq hüququn yanında olmalıdır.

"Bütün çağırışların hamısı atəşkəsə yönəlikdir. Dünya başlayıb ki, atəşkəs, atəşkəs... Atəşkəs olsa nə olacaq?! Bu vaxta qədər olub, nə oldu? 30 ilə yaxındır, atəşkəsdir, heç bir nəticə əldə olunmayıb axı?  Ermənistana “dərhal Azərbaycan ərazisindən çəkil” deyə bilirsinizmi?", - Çavuşoğlu əlavə edib.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV