Kənd Təsərrüfatı Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.
Modern.az daxil olan məlumata görə, orduya dəstəyi mənəvi borc hesab edən nazirliyin əməkdaşları işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək məqsədilə aylıq vəzifə maaşlarından ianə ediblər.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.