Modern.az

Ermənistan parlamentində jurnalist döyülüb

Ermənistan parlamentində jurnalist döyülüb

Aktual

6 Oktyabr 2020, 16:54

Ermənistan parlamentində deputatlar - Kristina Poqosyanla Artur Ovannisyan “5-ci kanal” TV-nin jurnalistinə peşə vəzifəsinin icrası zamanı fiziki təzyiq göstəriblər.

 

Modern.az  “News.am”a istinadən xəbər verir ki, bunu telekanalın direktoru Arutyun Arutyunyan “Facebook” səhifəsində yazıb.

 

O qeyd edib ki, deputat iki dəfə jurnalistin əlindəki mikrofona vuraraq ünvanına hədələyici ifadələr işlədib: “Bundan sonra jurnalist vəzifəsinin icrasını dayandırıb”.

 

Telekanalın direktoru hadisə ilə bağlı Baş Prokurorluğa şikayət etdiklərini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV