Modern.az

Bakı Dağlıq Qarabağı azad etmək əzmindədir – Səfir

Bakı Dağlıq Qarabağı azad etmək əzmindədir – Səfir

Aktual

6 Oktyabr 2020, 23:58

Azərbaycan Dağlıq Qarabağı azad etmək əzmindədir.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a açıqlamasında bildirib.

“Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində anti-terror əməliyyatı aparılır və ya bunu Ermənistanı sülhə məcburetmə də adlandırmaq olar. Amma mahiyyət etibarilə bu, dünya birliyi tərəfindən Azərbaycan ərazisi kimi tanınan ata-baba torpaqlarımızın azadlığı üçün aparılan Vətən müharibəsidir. Artıq işğal olunmuş ərazilərin bir hissəsini azad etməyi bacarmışıq, bu gün hərbçilərimizin uğurları davam edir”,- deyə P. Bülbüloğlu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!