İtaliyanın “İnter” klubunun iki futbolçusu koronavirus pandemiyasına yoluxub.
Modern.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisi məlumat yayıb.
Koronavirus testi pozitiv çıxanlar iki müdafiəçi – Milan Şkrinyar və Alessandro Bastonidir. Şkrinyardan Slovakiya yığmasında, Bastonidən isə İtaliyanın U-21 yığmasının düşərgəsində olarkən götürülən test pozitiv nəticələnib. Bu səbəbdən İtaliyanın U-21 millisi yenidən koronavirus testindən keçirilməli olacaq. Hər iki müdafiəçi karantinə alınıb.
Qeyd edək ki, “İnter” A seriyasında növbəti oyununu oktyabrın 17-də “Milan”a qarşı keçirəcək.