Modern.az

Prezidentin köməkçisi Ağstafada məhv edilmiş PUA-nın şəkillərini paylaşdı

Prezidentin köməkçisi Ağstafada məhv edilmiş PUA-nın şəkillərini paylaşdı

Aktual

8 Oktyabr 2020, 10:48

“Ermənistanın kamikadze dron Azərbaycanın hava hücumundan müdafiə sistemi tərəfindən uğurla məhv edilib. Dron yaşayış yeri ətrafında uçurdu. Xeyli sayda dinc sakinin həyatı xilas edilib. Ermənistanın dövlət terroru davam edir”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

 

“Sülh tərəfdarları Ermənistanı dayandırmalıdır”, - H.Hacıyev əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...