Modern.az

Ərdoğan: “Ermənistan məğlub olduğu üçün Türkiyənin adını hallandırır”

Ərdoğan: “Ermənistan məğlub olduğu üçün Türkiyənin adını hallandırır”

Aktual

8 Oktyabr 2020, 11:11

“Azərbaycan Ermənistanın quldurluqla işğal etdiyi torpaqları azad edir”.

 

Modern.az “Haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

“Biz azəbaycanlı qardaşlarımızı bütün imkanlarımızla dəstəkləməkdə davam edəcəyik. Ermənistan aldığı zərbədən sarsıldığına, məğlubiyyət nəticəsində qapıldığı ümidsiziliyə görə münaqişədə Türkiyənin də adını hallandırır”, - Türkiyə Prezidenti bildirib.

 

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Küveyt və Qətərə birgünlük səfər edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV