Modern.az

Türkiyə Müdafiə Nazirliyi: Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması hərbi cinayətdir

Türkiyə Müdafiə Nazirliyi: Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması hərbi cinayətdir

Aktual

8 Oktyabr 2020, 12:08

Azərbaycan şəhərlərini atəşə tutmaqla Ermənistan hərbi cinayət törədir və buna görə bu ölkənin hakimiyyəti beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

 

Bu barədə Modern.az-a Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.

 

Qeyd olunub ki, Azərbaycan ordusuna müqavimət göstərmək gücündə olmadan erməni qoşunları Azərbaycanın yaşayış məntəqələrini artilleriya atəşinə tutur və bunun nəticəsində dinc sakinlər həlak olur:

 

“İlk növbədə erməni xalqı özü Azərbaycanın dinc sakinlərinin atəşə tutulmasını pisləməlidir. Şübhə yoxdur ki, bunların günahları, yəni dinc sakinlərin ölümünə görə məsuliyyət daşıyan Ermənistan rəhbərliyi beynəlxalq ədalət məhkəməsi tərəfindən cəzalandırılacaq”. 

 

Nazirlikdən bildiriblər ki, Türkiyə bir daha Azərbaycanı dəstəklədiyini bəyan edir və Ermənistandan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağı tələb edir:

 

“Təxminən 30 il erməni işğalına göz yuman dünya ictimaiyyəti Azərbaycan ərazilərinin azad edilməsi üçün səy göstərməlidir”.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV