Modern.az

Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ

Aktual

8 Oktyabr 2020, 13:14

ETSN Milli Hidrometeorologiya Xidmətinin Modern.az-a verdiyi məlumata görə oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 


Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz  19-22, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. 


Oktyabrın 9-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı  yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz  8-12 dərəcə  isti olacaq.  


Tibbi-meteoroloji proqnoz


Oktyabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...