Modern.az

Ermənistanda dezinteriya yayıldı

Ermənistanda dezinteriya yayıldı

Aktual

8 Oktyabr 2020, 13:30

Ermənistanın Lori vilayətində 39 dezinteriya faktı aşkarlanıb.

 

Modern.az xəbər verir ki, məlumatı Ermənistan səhiyyə nazirliyinin mətbuat xidməti yayıb.

 

Bildirilib ki, Lori vilayətinin Katnarat kəndindən Taşir rayon hospitalına bağırsaq infeksiyası ilə 6 pasiyent gətirilib. Oktyabrın 6-dan 8-dək aparılan epidemioloji araşdırma nəticəsində 33 nəfərin dezinteriyaya yoluxduğu aşkarlanıb. Məlum olub ki, məhəllələrdən birindəki su mənbəyi dezinteriyanın ocağı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV