Modern.az

İlham Əliyev Uqandalı həmkarını təbrik etdi

İlham Əliyev Uqandalı həmkarını təbrik etdi

Aktual

8 Oktyabr 2020, 15:08

Prezident İlham Əliyev Uqanda Respublikasının Prezidenti Yoveri Kaquta Museveniyə təbrik məktubu göndərib.

 

Modern.az-ı məlumatına görə, təbrikdə deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Uqanda Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün imkanlar mövcuddur.

 

Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza rifah və əmin-amanlıq arzulayıram".

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV