Modern.az

Azad edilmiş torpaqlardan 1 addım belə geri çəkilməmişik” – Müdafiə Nazirliyi

“Azad edilmiş torpaqlardan 1 addım belə geri çəkilməmişik” – Müdafiə Nazirliyi

Aktual

8 Oktyabr 2020, 18:52

Ötən müddət ərzində Ordumuzun qətiyyətli əks-hücum əməliyyatları davam edib.

 

Modern.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. Onun sözlərinə görə, düşmənin daha 10 tankı, 30-dək avtomobil texnikası və xeyli canlı qüvvəsi məhv edilib:

A.Eyvazov bildirib ki, düşmənin hərbi qulluqçuları döyüş meydanını özbaşına tərk edərək fərarilik ediblər.

 

“Azərbaycan Ordusunun atəş zərbələri endirdiyi bütün hədəflər beynəlxalq hüquqa uyğun olaraq legitim xarakter daşıyır. Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan 1 addım belə geri çəkilməyib. Əksinə, əməliyyat planına uyğun bütün tədbirlər fasiləsiz davam etdirilir. İstiqamət Qarabağdır. Qələbə bizimlədir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV