Modern.az

SOCAR-dan TAP kəməri ilə bağlı açıqlama

SOCAR-dan TAP kəməri ilə bağlı açıqlama

Aktual

8 Oktyabr 2020, 19:30

Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin eskalasiyası və Ermənistan qoşunlarının oktyabrın 6-da Azərbaycanın boru kəmərləri infrastrukturuna zərbə endirmək cəhdi Trans-Adriatik boru kəmərinin (TAP) istifadəyə verilməsi cədvəlinə təsir göstərməyib.

 

Modern.az-ın məlumatına görə, bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, bütün mümkün ssenarilər nəzərdən keçirilib və yeni hücum halında ziyanın qarşısını almaq və ya azaltmaq üçün bütün zəruri tədbirlər görülüb:

“Hələlik, TAP-ın istismara verilməsi, planlaşdırılan ixrac həcmi ilə bağlı hər hansı bir dəyişiklik yoxdur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV