Modern.az

Goranboyda ermənilər tərəfindən atılan 10 raket aşkarlanıb

Goranboyda ermənilər tərəfindən atılan 10 raket aşkarlanıb

Aktual

8 Oktyabr 2020, 20:12

2020-ci il 04-08 Oktyabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qrupları tərəfindən Goranboy rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 10 ədəd 9M528 raketi (SMERC) aşkar olunub.

ANAMA-dan Modern.az-a verilən məlumata görə,  həmin raketlərdən 3 ədədinin içərisindən 9M525 bombacıqlarına rast gəlinmişdir ki, bu bombacıqlar da “Kaset sursatlar haqqında konvensiya”-ya görə qadağan olunmuş sursatlar sinifinə daxildir.

Həmçinin, qeyd olunan ərazidə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9M525 kaset tipli raketinin “bombacıqları daşıma konteyneri və paylama boruları”-nın da aşkarlanması bu tipli raketlərin istifadəsini təsdiq edən amillərdəndir.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV