Modern.az

Şagirdlərin elektron yerdəyişməsinə yenidən başlanır

Şagirdlərin elektron yerdəyişməsinə yenidən başlanır

Aktual

8 Oktyabr 2020, 21:11

15 oktyabr saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə  portala daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Qeyd edək ki, sentyabrın 11-dən şagirdlərin elektron yerdəyişməsi  portalında siniflərin komplektləşdirilməsinin təmin edilməsi səbəbindən sorğuların qəbulu müvəqqəti dayandırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV