Modern.az

Braziliya mediası erməni təxribatı ilə bağlı məlumatlandırılıb

Braziliya mediası erməni təxribatı ilə bağlı məlumatlandırılıb

Aktual

8 Oktyabr 2020, 21:23

Bu gün Azərbaycanın Braziliyadakı səfirliyində bir qrup yerli və xarici mətbuat orqanlarının nümayəndələri üçün press brifinq keçirilib.

 

Səfirlikdən Modern.az-a verilən məlumata görə, tədbirə toplaşan otuza yaxın mətbuat nümayəndələri qarşısında çıxış edən səfir Elxan Poluxov 27 sentyabrda ölkəmizə qarşı başlayan növbəti erməni təcavüzü və ona verilən layiqli cavab haqqında məlumat verib. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqışəsinın tarixi haqqında danışaraq, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq qanununların norma və prinsiplərinə söykəndiyini deyib. Münaqişənin həllinin əsas prinsiplərini formalaşdıran 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə toxunan E.Poluxov, qətnamələrin hazırlanması və qəbulunda o zaman TŞ qeyri-daimi üzvü olan Braziliyanın iştirakını da xatirlatdı və sonradan 27 il ərzində beynəlxalq aləm tərəfindən onların yerinə yetirilməsinin tələb edilmədiyini vurğulayıb.

Ermənistanın beynəlxalq qanunvericiliyin tələblərini kobudcasına pozaraq münaqişə zonasından uzaq məsafədə yerləşən Azərbaycanın mülki və sənaye infrastrukturları, neft və qaz boruları, su anbarları və yaşayış məntəqələrini artilleriya və raket atəşinə tutduğu və buna görə məsuliyyət daşıyacağı da bildirlib. Braziliyada çoxsaylı erməni icmasının yaşadığını söyləyən səfir, Ermənistan rəhbərliyinin erməni diasporu vasitəsi münaqişə zonasına xarici muzdluların cəlb etdiyini də jurnalistlərin nəzərinə çatdırılıb. Sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.

Tədbir zamanı jurnalistlərə münaqişəyə aid video və foto çarxlar nümayiş etdirilmiş və məlumat qovluqları paylanılıb.       

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV