Modern.az

ABŞ-da bir sutkada 900-dən çox insan koronavirusdan ölüb

ABŞ-da bir sutkada 900-dən çox insan koronavirusdan ölüb

Aktual

8 Oktyabr 2020, 23:03

ABŞ-da son sutka ərzində koronavirusa yoluxma hallarının sayı 50 mindən çox olub.

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, habelə medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, son gündə COVID-19 xəstələrinin sayı 50 341 nəfər artıb, eyni zamanda 915 xəstə ölüb.

Universitetin son məlumatlarına görə, pandemiya başlayandan bəri həkimlər ABŞ-da 7,5 milyondan çox insanda koronavirusa yoluxma aşkar edib, 211 mindən çox pasiyent ölüb. 2,9 milyondan çox insan xəstəlikdən sağalıb.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV