Modern.az

Bakıda intihara cəhd edən şəxs fikrindən daşındırılıb

Bakıda intihara cəhd edən şəxs fikrindən daşındırılıb

Aktual

8 Oktyabr 2020, 23:45

Bakıda intihara cəhd hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV